İlham Əliyevin Londonda keçirilən Suriya üzrə konfransda iştirakı haqqında | 1news.az | Xəbərlər
Köşə

İlham Əliyevin Londonda keçirilən Suriya üzrə konfransda iştirakı haqqında

16:42 - 12 / 02 / 2016
İlham Əliyevin Londonda keçirilən Suriya üzrə konfransda iştirakı haqqında

Ötən həftə İlham Əliyevin də iştirakı ilə Londonda “Suriyaya və regiona dəstək” konfransı keçirildi.

Dövlət başçısı BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak etdi.

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

Konfrans çərçivəsində 11 milyard dollar toplamağa müvəffəq olundu, bununla belə ən iri ödənişi 2,3 milyard avro həcmində Almaniya həyata keçirdi.

Təxribatlar və əsl səbəblər

Dünya ictimaiyyətinin Suriya qaçqınlarına təxirəsalınmaz maliyyə yardımı etməsi prinsipial olaraq olduqca vacib məsələdir. Belə ki, BMT-nin verdiyi son məlumatlara əsasən, 13,5 milyon insan müharibədən əziyyət çəkir, bunların da 6 milyonu uşaqdır.

Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycanın dövlət başçısının bu konfransda iştirakı dünya KİV-i tərəfindən də diqqətdən yayınmayıb. Lakin bunlardan bəziləri öz mülahizələrində açıq yalana yönəliblər. Əsasən də, Rusiya KİV-inin irəli sürdüyü mülahizələrə görə, İlham Əliyevin bu konfransda iştirakı onu göstərir ki, “Azərbaycan faktiki olaraq Rusiyadan üz çevirir, və hərbi əməliyyatlar üçün Qərb koalisiyasına qoşulur”. 

Bu cür uzağa gedən məlumatlara öz səhifələrində yer verən Rusiyanın nüfuzlu onlayn nəşri olan “Газета.ру”-nu misal gətirmək olar. Məqalənin müəlliflərləri öz oxucularını inandırırlar ki, Bakıya bu sahədə “təklif irəli sürülüb, o da bu təklifdən imtina etmək gücünə malik olmayıb”, buna görə də indi Bakı Moskvadan uzaqlaşmaq məcburiyyətindədir”.

Bununla belə müəllifləri heç də narahat etmir ki, humanitar, dəstək konfransının əsas məqsədi müharibədən əziyyət çəkən insanlara yardım etməkdir, hərbi-siyasi alyans və ya koalisiya formalaşdırmaq deyil.

Bəs nə üçün Bakıya bu konfrans lazım oldu? Bunun bir neçə cavabı var və bunların hamısı səthidir.

İlk növbədə şübhəsiz olaraq bu, sübut edir ki, Bakı dünya siyasi meydanında beynəlxalq münasbibətlərin obyekti yox, məhz fəal subyekti olaraq mötəbər nüfuza malikdir.

Eləcə də, dünyanın əsas gücləri beynəlxalq əhəmiyyətli ciddi məsələlərin həlli zamanı Azərbaycanın fikri ilə razılaşmaları  – ölkə başçısının yüksək səviyəli siyasi kursunun nəticəsidir. Digər tərəfdən də Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı böyük təcrübəyə malikdir.

Azərbaycan hələ 90-cı illərin  əvvəlində Ermənistan tərəfindən  təcavüzlə qarşılaşaraq humanitar fəlakətdən əziyyət çəkib. Bu fəlakət nəticəsində Azərbaycan öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünün problemini həll etməli idi. Siyasi xaosla qarşılaşmış gənc ölkənin o zaman düşdüyü vəziyyət ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra həll olunmağa başladı. 

Prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncama əsasən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət proqramı təsdiq edildi. Dünya praktikasında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə məcburi köçkünlərin Sosial Müdafiə Fondu yaradıldı. Bu sahədə aparılan işlər Prezident İlham Əliyevin də hakimiyyəti dövründə uğurla davam etdirilir.

Buna nümunə olaraq bildirmək olar ki, Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edildi. Bu proqram dövlətin qaçqınların və məcburi köçkünlərin qayğısı ilə bağlı sübutun bariz nümunəsidir.

Uzun illər ərzində dövlətin əsas məqsədi qaçqın düşərgələrinin aradan qaldırılmasıdır və bu, uğurla öz həllini tapdı.

Təcrübəmizi paylaşırıq

London Forumunda çıxış edən İlham Əliyev bildirib ki, erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub.

“Biz etnik təmizlənməyə məruz qalmışıq. Milyondan çox azərbaycanlı qaçqın və məcburu köçkün vəziyyətinə düşüb. Bu həqiqətən də, humanitar fəlakət idi. O zamanlar bizim ölkəmiz çox gənc və kasıb idi. 8 milyon insanın 1 milyonu həmin vaxt evsiz və işsiz qalmışdı”,- İ.Əliyev deyib.

Prezident növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, ölkəmiz humanitar fəlakətin acı təcrübəsini  yaşayıb. Əgər avropalılar yalnız indi bu məsələ ilə qarşılaşırsa, Azərbaycan bu problemlə artıq 3-cü onillikdir ki yaşayır.

Əsaslı fərq yalnız ondan ibarətdir ki, evindən məhrum olan milyon insanla üz-üzə qalan  90-cı illər Azərbaycanından fərqli olaraq, avropalılar analoji qaçqın axınının öhdəsindən gələ bilmir. Baxmayaraq ki, onlar böyük maliyyə və siyasi resurslara sahibdir.

Bu mənada qaçqınların normal həyata reinteqrasiyası, iqtisadi və sosial problemlərinin həlli baxımından Bakının təcrübəsi dünya ictimaiyyəti üçün şübhəsiz ki, dəyərli ola bilər.

“Azərbaycan humanitar böhranların idarəolunması sahəsində böyük təcrübə toplayıb və bu təcrübəni paylaşa bilər”, - deyə, prezident İlham Əliyev çıxışı zamanı vurğulayıb.

Eüyni zamanda o bildirib ki, Azərbaycan özü də humanitar fəlakətlə qarşılaşan insanlara yardım edir, donor-ölkədir.

Hal-hazırda Azərbaycan fövqəladə hadisələrlə qarşılaşan ölkələrə humanitar yardım göstərilməsi əməliyyatlarını əhəmiyyətli dərəcədə kömək edir. Maliyyə yardımı alan ölkələr sırasında terrorizmdən əziyyət çəkən ölkələr- Əfqanıstan da var.  

Bakı Əfqanıstanda nəqliyyat energetika, İKT, Əfqanıstan ordusu bütün mümkün maliyyə yardımı edir və əfqan tələbələr, mütəxəssislərə stipendiya ayırmaq niyyətindədir.

Siyasi aspekt

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın taleyüklü London konfransında iştirakı bütövlükdə Cənubi Qafqaz regionu üçün  əlamətdar hadisədir.

London konfransı Suriya böhranına cəlb olunmuş Yaxın Şərq ölkələrinin də iştirak etdiyi xüsusi formatlı tədbirdir.

Azərbaycan Yaxın Şərqdə böyük hərbi kampaniyaya cəlb olunmayıb. Lakin  eyni zamanda regionun aparıcı oytunçusu olan Türkiyənin strateji tərəfdaşıdır.

Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, prezident İlham Əliyevin nüfuzlu London meydanında iştirakı əlamətdar hadisədir və sübut edir ki, Azərbaycan Suriya məsələsi üzrə beynəlxalq sülhməramlı səylərin vasitəçisi ola bilər.  

“Suriya və ona yaxın ərazilərdə Qərb və Rusiyanın, eyni zamanda, Türkiyə, Səudiyyə Ərəbistanı və İranın maraqları taqquşur. Azərbaycan isə Yaxın Şərqdə geosiyasi maraqlara sahib deyil.

Müsəlman dövləti olan Azərbaycan kübar xarakterə malikdir. Burada şiə və sünnilər sülh şəratində , xristian, yəhudi icmalarının dini azadlığına hörmət şəraityində yaşayır. Bu cəhətlər Azərbaycanı Suriya münaqişəsinin həllində cəlbedici vasitəçidir. Biz Suriya məsələsi ilə bağlı beynəlxalq səyləri dəstəkləməyə hazırıq. Lakin prezident İlham Əliyevin də doğru qeyd etdiyi kimi bunun üçün əsas şərt regionda daimi sülhün təmin olunmasıdır”, - deyə, deputat qeyd edib.

Başqa sözlə desək, Azərbaycan istənilən sülh təşəbbüslərini dəstəkləməyə hazırdır, lakin hansısa hərbu blok, yaxud koalisiyalara daxil olmaqdan bu gün söhbət gedə bilməz.

Sonda xatırlatmaq yerinə düşər ki, ölkə özü hazırda hərbi təcavüzün qurbanıdır və qoşulmazlıq Hərəkatının aktiv üqzvüdür. Bu mömqeyi o, regionda hərbi əməliyyatıarın deyil, sülhün dəstəkçisi olması ilə əsaslandırır. 

1news.az

Paylaş:
2038

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər