İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb

20:56 - 12 / 02 / 2016
İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşüb

Prezident İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.

Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb.

Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

 

Paylaş:
927

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər