Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin olunub – FOTO

12:59 - 24 / 02 / 2016
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri yeni mənzillərlə təmin olunub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Məmmədli kəndindəki “Göy qurşağı” yaşayış kompleksində yeni yaşayış binaları tikilib.

1news.az-ın məlumatına görə, bu gün tender yolu ilə satın alınaraq təmir etdirilmiş 53 mənzil Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin, şəhid ailələrinin istifadəsinə verilib.

Onlardan 12 nəfəri Qarabağ müharibəsi əlili, 4 nəfəri 20 Yanvar əlili, 37-i isə şəhid ailəsidir.

Mənzillərin təqdim olunması tədbirində ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının hər bir ölkə vətəndaşının sosial firavanlığına, o cümlədən sosial cəhətdən həssas əhali qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına  xidmət etdiyini vurğulayıb.

Ç.Əliyev bildirib ki, müharibə əlillərinin və 20 Yanvar əlillərinin, şəhid ailələrinin maddi təminatları, hərtərəfli diqqət və qayğı ilə əhatə olunması işləri ildən-ilə gücləndirilir. Ölkəmizdə mühüm sosial proqramlardan biri kimi, həmin insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların yeni, müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təminatı sahəsində də mühüm işlər görülür. 

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə işlərin geniş vüsət almasına imkan verib. Sərəncamın icrası olaraq, ƏƏSMN-in ifarişi ilə respublikamızın bölgələrində yeni fərdi yaşayış evləri inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Həmçinin hazır yaşayış binalarından tender yolu ilə mənzillər satın alınaraq təmir etdirilir və həmin şəxslərin istifadəsinə verilir. Təkcə son bir ayda artıq Nazirlik tərəfindən 75 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilməklə, müharibə əlilləri və şəhid ailələri üçün Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binaları da inşa olunur.  

Qeyd olunub ki, müharibə əlilləri və 20 Yanvar əlilləri bu gün Azərbaycan prezidentinin aylıq təqaüdü ilə yanaşı,  aylıq sosial müavinət və ya əmək pensiyası ilə də təmin olunurlar. Eyni zamanda şəhid ailələrinə Prezidentin aylıq təqaüdü ödənilir.

Müharibə əlilləri və şəhid ailələrinin uşaqları da aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri kommunal, nəqliyyat və digər xidmətlər üçün sosial müavinətlə təmin edilirlər. Digər sahələrdə də onlar dövlətin daimi qayğısı ilə əhatə olunublar.

Tədbirdə iştirak edən ayrı-ayrı əlil ictimai birliklərinin nümayəndələri əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər. 

Qarabağ müharibəsi və 20 Yanvar əlilləri, şəhid ailələri onların sosial təminatlarının gücləndirilməsi sahəsində görülən işlərə, xüsusən yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonra mənzillərdə yaradılmış şəraitə baxış olub.

1news.az

Paylaş:
720

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər