“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçim başlayır | 1news.az | Xəbərlər
Futbol

“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçim başlayır

16:33 - 03 / 03 / 2016
“Mançester Yunayted Futbol Məktəbi”nə növbəti seçim başlayır

Azərbaycanda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin istedadlar qruplarına qəbul prosesi başlayır.

1news.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti tərəfindən aparılan seçimlər 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar arasında 15 mart 2016-cı il tarixində, saat 15:00-da, Bayıl stadionunda keçiriləcək.

Bu seçim prosesi nəticəsində istedadlar qruplarında mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaq.

Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə Bayıl stadionuna gəlmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənəd

- Sağlamlıq haqqında arayış

Seçim prosesi ilə bağlı suallar üçün üçün əlaqə vasitələri:

+994 55 511 33 03 – Ramin Həsənov

[email protected]

Qeyd edək ki, “Mançester Yunayted Futbol Məktəbi”ndə məşqlər İngiltərədən ezam olunan məşqçi Mick Bennet və yerli məşqçi assistentlər - Cahangir Həsənzadə və Samir Ələkbərov tərəfindən keçirilir.

Məşqlərdən əvvəl uşaqlara intensiv şəkildə  həftədə  iki dəfə ingilis dili dərsləri keçirilməklə yanaşı, sürət testləri, yoldaşlıq oyunları da təşkil olunur. Eyni zamanda, istedadlar qrupunun üzvləri “Mançester Yunayted” tərəfindən forma və digər idman avadanlıqları ilə təmin olunurlar.

Hazırda “Mançester Yunayted Futbol Məktəbi”ndə 3 istedadlar və 2 ilkin hazırlıq qrupu mövcuddur.

1news.az

Paylaş:
719

Son xəbərlər

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12
Bütün xəbərlər