Millimiz 4 pillə irəlilədi | 1news.az | Xəbərlər
Futbol

Millimiz 4 pillə irəlilədi

17:00 - 03 / 03 / 2016
Millimiz 4 pillə irəlilədi

Bu gün FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, xal hesabını 300-ə çatdıran Azərbaycan yığması 4 pillə irəliləyərək 112-ci yerdə qərarlaşıb.

Yığmamızın irəliləməsinin səbəblərindən biri Çadın 14, Fələstinin 7 pillə geriləməsidi. Komandamızın 4 xal qazanması sayəsində 1 addım irəliləyən Aruba ilə Türkmənistanı keçmək üçün də yetərli olub.

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik olmayıb. Planetin nəhəngləri xal hesablarını dəyişsələr də, öz yerlərində qalıb.

İlk “onluq”

1 (1). Belçika – 1506

2 (2). Argentina – 1457

3 (3). İspaniya - 1374

4 (4). Almaniya – 1355

5 (5). Çili – 1307

6 (6). Braziliya – 1254

7 (7). Portuqaliya – 1234

8 (8). Kolumbiya – 1215

9 (9). İngiltərə - 1112

10 (10). Avstriya – 1095

1news.az

Paylaş:
820

Son xəbərlər

Bütün xəbərlər