Türkiyədə yeni terror aktı: 2 nəfər ölüb, 14 nəfər yaralanıb - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə yeni terror aktı: 2 nəfər ölüb, 14 nəfər yaralanıb - VİDEO

13:40 - 04 / 03 / 2016
Türkiyədə yeni terror aktı: 2 nəfər ölüb, 14 nəfər yaralanıb - VİDEO

Mardin vilayətinin Nusaybin rayonunda nəqliyyat nəzarəti üzrə polis bölməsinə hücum baş verib.

Türkiyənin Mardin bölgəsinin Nusaybin ilçəsində nəqliyyat nəzarəti üzrə  polis bölməsinin yaxınlığında avtomobil partladılıb.

1news.az Milliyet qəzetinə istinadən xəbər verir ki,  bundan əlavə  ərazidə qumbaraatanlardan və iriçaplı silahlardan açılan atəş nəticəsində ölən və yaralananlar olub.

Terror aktı nəticəsinbdə 2 polis şəhid olub, aralarında mülki şəxslərin də olduğu 14 nəfər yaralanıb.

1news.az

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər