Nyu-Yorkda dünyanın ən bahalı metrosu açılıb - FOTO
Nyu-Yorkda dünyanın ən bahalı metro stansiyası açılıb.
Ümumdünya ticarət mərkəzinin yanında yerləşən stansiya 12 ilətikilib. Metro stansiyasının tikintisi üçün 4 milyard dollar xərclənib. Bu isə ilkin olaraq tikinti üçün nəzərdə tutulmuş məbləğdən təxminən 2 dəfə artıqdır. "Forbes" jurnalının məlumatına görə, bu, dünyada analoji tikililər üçün rekord məbləğdir.
Şüşə və betondan hazırlanmış monumental konstruksiyanın memarı ispan rəssam-futurist Santyaqo Kalatravadır. Onun ideyasına görə, yeni tranzit qovşağı üzərindəki binanın damı nəhəng ağ quş qanadlarını xatırlatmalıdır.
Yeni nəqliyyat qovşağı metropolitenin 11 xəttini, şəhərətrafı qatar stansiyası ilə Betteri park bərə keçidini birləşdirir. Onun gün ərzində təxminən 250 min sərnişinə xidmət göstərəcəyi ehtimal edilir.
Xatırladaq ki, 2001-ci ilin 11 sentyabr terror akt zamanı 2974 nəfər həlak olmuşdu.
1news.az