Rəsul Çunayev birinci, Rövşən Bayramov ikinci sırada | 1news.az | Xəbərlər
İdman

Rəsul Çunayev birinci, Rövşən Bayramov ikinci sırada

10:40 - 04 / 03 / 2016
Rəsul Çunayev birinci, Rövşən Bayramov ikinci sırada

Dünya Güləş Birliyi 2016-cı ilin fevral ayında keçirilən yarışların nəticəsinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

1news.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb.

Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də Elvin Mürsəliyev və Sabah Şəriəti olub. Elvin 6-cı, Sabah isə 4-cü sırada qərarlaşıb. 

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Rafiq Hüseynov və Saman Təhmasibi 5-ci sıradadır. 

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
9. Həsən Əliyev - Qızıl Qran Pri 3-cü yer (8)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
6. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (6)

85 kq
5. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (2)
13. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
19. Şalva Qadabadze - Qızıl Qran Pri 1-ci yer (16)

130 kq
4. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

1news.az

Paylaş:
797

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər