Beynəlxalq Valyuta Fondu Çin yuanını beynəlxalq valyutası kimi tanıyıb
Beynəlxalq Valyuta Fondu (BFV) Çin yuanını rəsmi olaraq beynəlxalq ehtiyat valyutası kimi tanıyıb.
1news.az "TASS"a istinadla xəbər verir ki, bu barədə BVF-in məlumatında bildirilir.
Qurumun Direktorlar Şurası BVF-yə üzv ölkələrinin valyuta ehtiyatlarının tərkibinə dair rüblük hesabatlarına ABŞ dolları, avro, Yaponiya iyeni, Britaniya funt-sterlinqi, İsveçrə frankı, Avstraliya dolları və Kanada dolları ilə birlikdə Çin yuanının ayrıca sətirlə əlavə edilməsi barədə qərar qəbul edib.
Qərar 2016-cı ilin oktyabrın 1-dən qüvvəyə minəcək. Eyni zamanda, yuan ABŞ dolları, avro, iyen və funt-sterlinqlə birgə BVF-nin ehtiyat valyutaları səbətinə daxil edilir.
687