İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü çıxarılıb

17:32 - 06 / 03 / 2016
İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü çıxarılıb

İranda 41 yaşlı milyarder Babək Zəncani barəsində edam hökmü çıxarılıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hökmə əsasən, B. Zəncani və onunla əlbir olan daha iki nəfər asılacaq.  

Onlar xaricə neft satışından külli miqdarda mənimsəmədə günahlandırılırlar.

“Reuters”in xəbərinə görə, onların hər üçü korrupsiya əməllərində də təqsirli bilinir.   

Məhkəmə, həmçinin, B. Zəncaninin və əlbir olduğu şəxslərin mənimsədikləri, ölkənin bütün yanacaq sahəsinin dövlət operatoru olan İran Milli Neft Şirkətinin vəsaitini dövlət xəzinəsinə qaytarmaları barədə də qərar çıxarıb.   

İttiham olunan şəxslər məhkəmə qərarından şikayət edə bilərlər.

Qeyd edək ki, B. Zəncani 2013-cü ilin dekabrında 12 deputatın onun sahibkarlıq fəaliyyətinin araşdırılması üçün hökumətə müraciətindən sonra tutulub.  

O, neft ixracından əldə etdiyi 2 milyard dollara yaxın gəliri gizlətməkdə ittiham olunurdu (Rəsmi Tehran karbohidrogen ehtiyatların xaricə ixracatı ilə məşğul olmağı ona həvalə etmişdi).

2012-ci ildən isə B. Zəncani neft embarqosuna baxmayaraq, İran rəhbərliyinə yardım etdiyinə görə ABŞ və Avropa İttifaqının sanksiyası ilə üzləşib.  

13,5 milyard dollarlıq sərvətə malik olan B. Zəncani İranın ən varlı şəxslərindən sayılır.

1news.az

Paylaş:
1194

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər