Neftin qiyməti 41 dolları ötüb - YENİLƏNMƏ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti 41 dolları ötüb - YENİLƏNMƏ

00:40 - 08 / 03 / 2016
Neftin qiyməti 41 dolları ötüb - YENİLƏNMƏ

Brent markalı neftin qiyməti bir barelə görə 41 dollar göstəricisini ötüb.

1news.az Report-a istinadla xəbər verir ki, beynəlxalq hərraclar zamanı Brent etalon markalı xammalın bir bareli 41,02 dollara satılıb.

Hərraclar zamanı artım 6% təşkil edib.

Bu qiymət 2015-ci ilin dekabr ayından bu yana ilk dəfədir ki qeydə alınır.

1news.az

20.49

Bazar ertəsi dünya bazarlarında neftin bir bareli psixoloji həddi keçərək 40 dollara yaxınlaşıb.

Şimal dənizi neft qatışığının may fyuçerslərinin qiyməti 3,3% artaraq bir barelə görə 40,05 dollar təşkil edib.

2014-cü ilin yayından başlayaraq ötən ilə qədər Brent markalı neftin qiyməti 115 və 36 dollar arasında dəyişib. 2016-cı ilin əvvəlində isə 30 dollardan aşağı enib. Fundamental səbəb olaraq neftin enişini Çindəki vəziyyət, eləcə də ABŞ-da qazma qurğularının sayının azaldılması barədə məlumatlar göstərilir. Lakin güclü enişi əsasən də dolların möhkəmlənməsi ilə əlaqələndirilir.

РИА Новости

Paylaş:
879

Son xəbərlər

Bütün xəbərlər