Millimiz Avropa Kubokunu 9 medalla başa vurdu | 1news.az | Xəbərlər
İdman

Millimiz Avropa Kubokunu 9 medalla başa vurdu

12:05 - 07 / 03 / 2016
Millimiz Avropa Kubokunu 9 medalla başa vurdu

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub.

1news.az-ın məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İmran Yusifov bürünc medal qazanıb.

Cəfər Əkbərli (90 kq) Məhəmməd, Abdullayev (+90 kq) və Fidan Hüseynova (63 kq) turnirdə 5-ci olublar.

Rəşid Qafarlı (90 kq) və Ramil Babayev (+90 kq) isə 7-ci yerlə kifayətlənib.

Bununla da, Azərbaycan millisi Avropa kubokunu 9 medalla (4 qızıl, 2 gümüş və 3 bürünc) başa vurub. Cüdoçularımız komanda hesabında isə ikinci olublar.

1news.az

Paylaş:
666

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər