Dünyanın enerji nəhəngi Rusiyanın neft bazarından çıxır
Hollandiyanın enerji şirkəti “Vitol” Rusiyanın neft bazarından çıxır.
1news.az “Forbes” jurnalına istinadla xəbər verir ki, dünyanın neft nəhənglərindən sayılan “Vitol” şirkəti Rusiyada neft hasilatı sahəsindəki bütün aktivlərini bir neçə ay əvvəl satıb.
Satılan neft yataqları böyük deyil, lakin bir-birinə yaxın yerləşməsi qazanclı olduğunu göstərir.
“Vitol”un həmin yataqlardan hasil etdiyi neftin yarısını xaricə ixrac etdiyi bildirilir. Şirkətin Rusiyadakı aktivlərinin dəyərinin 50-100 milyon dollar arası olduğu təxmin edilir.
1news.az
821