Azərbaycan güləşçisi 5-ci dəfə Avropa çempionu oldu - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycan güləşçisi 5-ci dəfə Avropa çempionu oldu - FOTO

09:59 - 09 / 03 / 2016
Azərbaycan güləşçisi 5-ci dəfə Avropa çempionu oldu - FOTO

Latviyanın paytaxtı Riqada güləş üzrə böyüklər arasında Avropa çempionatı start götürüb.

1news.az-ın məlumatına görə, yarışların ilk günündə 57 və 86 kq çəkidə sərbəst, 48 və 63 kq çəkidə qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurub.

Qadın güləşi üzrə yığmamızın kapitanı Mariya Stadnik (48 kq) finala qədər bütün rəqiblərini mübarizədən kənarlaşdırıb. Əvvəlcə Ukrayna təmsilçisi Oleksandra Kogutu, ardınca Rusiya təmsilçisi Valentina İslamovanı, yarımfinalda isə Bolqarıstandan Elitsa Yakonvanı tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rumıniya təmsilçisi Emilia Vuc olub. Rəqibinə heç bir şans verməyən Mariya Stadnik növbəti dəfə Avropa çempionu adına sahib olub.

Xatırladaq ki, Mariya bu günədək 4 dəfə (2008, 2009, 2011, 2014) Avropa çempionu, ötən il isə ilk Avropa Oyunlarının qalibi olub.

Sərbəst güləş üzrə yarışlarda 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Aleksandr Qostiyev də finala qədər bütün rəqiblərindən üstün olub. İlk rəqib Polşadan olan Zbiqnev Baranovski güləşçimizlə görüşə çıxmayıb. Ardınca London Olimpiadasının bürünc medalçısı gürcü Dato Marsaqişvilini üstələyən Qostiyev yarımfinalda Belarus təmsilçisi Aliaksandr Huştini məğlub edib. Finalda güləşçimizin rəqibi Rusiyadan Şamil Kudiamaqomedov olub. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə tamamlanıb, güləşçimiz Avropa çempionatını gümüş medalla başa vurub.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov ilk görüşdə Latviya təmsilçisi Eduards Kucepalovsdan üstün olub. Ardınca Ukrayna təmsilçisi Andriy Yatsenkoyla gərgin keçən görüşdə minimal hesabla məğlub olan Mahir rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılıb. Almaniyadan Marcel Evald üzərində qazandığı qələbə güləşçimizə bürünc medal şansı verib. Həlledici görüşdə Mahir Əmiraslanovun rəqibi Rumıniyadan Andrey Dukov olub. Ancaq güləşçimiz görüşü uduzub və çempionatı 5-ci sırada tamamlayıb.

48 kq 
1/8 final - Mariya Stadnik - Oleksandra Kogut (UKR) 10:0
1/4 final - Valentina İslamova (RUS) - Mariya Stadnik 2:5
1/2 final - Mariya Stadnik - Elitsa Yankova (BUL) 9:0 (tuşe)
FİNAL - Emilia Vuc (ROU) - Mariya Stadnik 0:10

57 kq 
1/8 final - Mahir Əmiraslanov - Eduards Kucepalovs (LAT) 11:1
1/4 final - Andriy Yatsenko (UKR) - Mahir Əmiraslanov 9:8
Təsəlliverici görüş - Marcel Evald (GER) - Mahir Əmiraslanov 0:3
Bürünc medal görüşü - Mahir Əmiraslanov - Andrey Dukov (ROU) 2:12

86 kq 
1/8 final - Zbiqnev Baranovski (POL) - Aleksandr Qostiyev 0:3 (rəqib görüşə çıxmayıb)
1/4 final - Dato Marsaqişvili (GEO) - Aleksandr Qostiyev 3:4
1/2 final - Aleksandr Qostiyev - Aliaksandr Huştin (BLR) 3:1
FİNAL - Şamil Kudiamaqomedov (RUS) - Aleksandr Qostiyev 6:2

1news.az

Paylaş:
874

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər