Çempionlar Liqası: “Real” və “Volfsburq” növbəti mərhələdə - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: “Real” və “Volfsburq” növbəti mərhələdə - VİDEO

11:33 - 09 / 03 / 2016
Çempionlar Liqası: “Real” və “Volfsburq” növbəti mərhələdə - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsində cavab oyunlarına start verilib.

1news.az-ın məlumatına görə, azarkeşlər dünən iki qarşılaşmaya şahidlik ediblər.

Gözlənildiyi kimi, səfərdə keçirdikləri ilk oyunda qalib gələn komandalar cavab qarşılaşmasında da qalib gələrək adlarını növbəti mərhələyə yazdırıblar.

İtaliyada “Roma”nın qapısından 2 cavabsız top keçirən “Real” öz meydanında da rəqibini eyni hesabla məğlub edib.

Günün digər oyununda “Volfsburq” səfərdə qalib gəldiyi “Gent”i evdə tək qolla üstələyib.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 mart

“Real” (İspaniya) – “Roma” (İtaliya) - 2:0

Qollar: Ronaldo, 64, Xames, 68

İlk oyun: 2:0 

 

“Volfsburq” (Almaniya) – “Gent” (Belçika) - 1:0

Qol: Şürrle, 74

İlk oyun: 3:2

1news.az

 

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər