Banqladeşdə rusların olduğu yük təyyarəsi qəzaya uğrayıb
Banqladeşdə rusların olduğu An-26 yük təyyarəsi qəzaya uğrayıb.
1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 4 rus vətəndaşı olub.
“Dörd nəfərin hamısı Rusiya vətəndaşıdır”, - yerli polis məlumat yayıb.
Bundan əlavə məlumatda bildirilib ki, bir nəfər həlak olub. Digər sərnişinlər haqda məlumat daxil olmayıb.
İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Belə ki, həmin təyyarə Koks-Bazar və Cessor şəhərlərinə dəniz məmulatları daşıyırmış.
1news.az
599