Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı | 1news.az | Xəbərlər
İdman

Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

10:13 - 10 / 03 / 2016
Güləşçimiz Avropa çempionatında bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

1news.az-ın məlumatına görə, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş medala sahib olub.

Çempionatın ikinci günündə daha 4 güləşçimiz xalça üzərinə çıxıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

60 kq çəkidə qadınların yarışında mübarizə aparan Yuliya Ratkeviç ilk görüşündə Bolqarıstandan Canan Manolovanı üstələyib. Yarımfinalda Ukrayna təmsilçisi Oksana Herhellə gərgin keçən görüş bərabərə bitsə də xalların keyfiyyətinə görə rəqib üstün olub. Yuliya Ratkeviç Norveçdən Şarlotta Skauenlə bürünc medal uğrunda görüşə çıxıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.

Sərbəst güləşçilərin yarışında isə 65 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev yarışıb. Mübarizəyə 1/16 final mərhələsindən başlayan güləşçimiz ardıcıl olaraq Slovakiyadan Mikola Bolotnyuku, Estoniyadan Almar Andruseni tam üstünlüklə məğlub edib. 1/4 finalda Fransa təmsilçisi Yuriy Syemakindən də üstün olan Ağahüseyn yarımfinalda İtaliya təmsilçisi, son dünya çempionu Frank Çamizo ilə qarşılaşıb. Bu görüş isə rəqibin üstünlüyü ilə tamamlanıb. Ağahüseyn Mustafayev Ukrayna təmsilçisi Semen Radulovla bürünc medal uğrunda görüşü uduzaraq çempionatı 5-ci sırada başa vurub.

97 kq-da mübarizə aparmalı olan Olimpiya çempionumuz Şərif Şərifov isə zədə səbəbindən mübarizəyə qoşula bilməyib.

53 kq
1/8final -  Anjela Doroqan - Nina Hemmer (GER) 2:5 

60 kq
1/4 final - Canan Manolova (BUL) - Yuliya Ratkeviç 2:8
1/2 final - Oksana Herhel (UKR) - Yuliya Ratkeviç 2*:2
Bürünc medal görüşü - Şarlotta Skauen (NOR) - Yuliya Ratkeviç 0:8 (tuşe)

65 kq
1/16 final - Mikola Bolotnyuk (SVK) - Ağahüseyn Mustafayev 0:10
1/8 final - Ağahüseyn Mustafayev - Almar Andruse (EST) 10:0
1/4 final - Ağahüseyn Mustafayev - Yuriy Syemakin (FRA) 6:3
1/2 final - Frank Çamizo (İTA) - Ağahüseyn Mustafayev 11:1
Bürünc medal görüşü - Semen Radulov (UKR) - Ağahüseyn Mustafayev 5:0

97 kq
1/8 final - Şərif Şərifov - İvan Yankouski BLR) (güləşçimiz zədə səbəbindən görüşə çıxmayıb).

1news.az

Paylaş:
751

Son xəbərlər

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49
Bütün xəbərlər