Gürcüstanda Türkiyə vətəndaşından xeyli miqdarda narkotik götürülüb
Batumi Polis Şöbəsinin həyata keçirdiyi axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşında xeyli miqdarda narkotik maddə aşkarlanıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı məlumatda bildirilib.
Məlumata görə, 1990-cı il təvəllüdlü K. Durukan adlı Türkiyə vətəndaşından 49 ədəd “Ekstazi” həbi və 1,4134 qram marixuana götürülüb. Saxlanılan şəxs günahını boynuna alıb.
Bildirilib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi (Qanunsuz narkotik əldə etmə və saxlama) üzrə cinayət işi açılıb.
1news.az
776