“Synergy Baku”dan uğurlu sonluq | 1news.az | Xəbərlər
İdman

“Synergy Baku”dan uğurlu sonluq

13:17 - 14 / 03 / 2016
“Synergy Baku”dan uğurlu sonluq

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun Xorvatiyada keçirilən “Istrian Spring Trophy” veloyürüşündə mübarizəsi başa çatıb.

1news.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib - 3 saat, 9 dəqiqə, 20 saniyə.

Xatırladaq ki, Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.

1news.az

Paylaş:
602

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər