Beynəlxalq ictimaiyyət Ankarada baş vermiş terror aktı ilə bağlı Türk xalqına başsağlığı verib
Bazar günü axşam Ankarada Türkiyənin Baş nazirinin ofisi yaxınlığındakı avtobus dayanacaqlarından birində partlayış baş verib.
Polisin ilkin fərziyyələrinə görə, partlayışa səbəb iki avtobus arasında minalanmış avtomobil olub. Partlayış nəticəsində 34 nəfər həlak olub, 75 nəfər isə yaralanıb.
1news.az-ın verdiyi xəbərə görə, beynəlxalq ictimaiyyət hadisə ilə bağlı Türkiyəyə başsağlığı verib:
Belə ki, BMT-nin baş katibi Pan Gi Mun Ankarada baş verən terror aktını pisləyərək qeyd edib ki, BMT Türkiyə hökumətini dəstəkləməyə davam edir və türk xalqı ilə bu ağır zamanda həmrəydir.
NATO-nun baş katibi Yens Stoltenber Türkiyənin terrorla mübarizədə həmrəyliyini bildirib: “Mən terror zamanı həlak olanların ailə üzvlərinə və Türk xalqına başsağlığı verirəm. Bu hadisəyə bəraət yoxdur”.
Avropa İttifaqının baş kaitibi Turbern Yaqlan bəyan edib ki, Türkiyədəki terror hadisəsi bütün Avropa ictimaiyyəti dəyərlərinə qəsd kimi simvolizə edilir. “Bu insanlığa sığmayan terror aktı – bütün Avropa ictimaiyyəti dəyərləinə, bizim hamımıza qarşı qəsddir. Mən Türkiyə xalqına və dövlətinə dərin hüznlə başsağlığı verirəm”.
Türkiyədəki terror hadisəsi ilə bağlı başsağlığını Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini də bildirib: “Avropa İttifaqı bu cür zorakılıqdan əziyyət çəkənləri dəstəkləyir. Biz gələcəkdə də terror təhlükəsi ilə bağlı beynəlxalq əməkdaşlığı birgə mübarizədə fəallıq təşkil edəcəyik”.
Türkiyə hökuməti artıq bazar ertəsi günü Ankarada baş vermiş terror aktını törədən təşkilatın adını açıqlaya biləcəklərini istisna etmir.
Türkiyə xalqına dəstək olaraq digər dövlətlərin rəhbərləri də başsağlığı veriblər. Bunların içərisində Azərbaycan, ABŞ və Rusiya liderləri də var.
“Hörmətli cənab Prezident, əziz qardaşım, Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik”, - Azərbaycan Prezidenti İlham Əliyevin ünvanladığı başsağlığı məktubunda bildirilir.
“Yaxınlarını və doğmalarını itirmiş hər kəsə dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmasını arzulayırıq. Biz müttəfiqimiz ilə möhkəm tərəfdaşlığa – Türkiyənin NATO-da terror təhlükəsi ilə bağlı ümumi mübarizədə şahidik” – ABŞ Dövlət Departamentinin bəyanatında qeyd edilir.
Həmçinin Rusiyanın prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev də başsağlıqlarını bildiriblər.
“Vladimir Putin qəti şəkildə Ankaradakı terror aktını pisləyir. Çox sayda insanların həyatını itirməsi və terror hücümuna məruz qalan Türkiyə xalqı ilə birlikdə kədərlənir. Rusiya prezidenti terror aktında yaxınlarını və doğmalarını itirmiş hər kəsə dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşmasını arzulayır”, - deyə, Rusiya prezidentinin mətbuat katibi D.Peskov bəyan edib.
Baş nazir D.Medvedev bəyan edib ki, terror cinayətinə bəraət ola bilməz: “Rusiya Federasiyası, eləcə də şəxsən öz adımdan ankarada baş vermiş terror aktı zamanı bağlı çoxlu sayda həlak olanlarla bağlı başsağlığı verirəş”.
1news.az