Ernst&Young: Gömrük orqanlarının qəbul etdiyi qərar aydın, qərarın qəbul edilməsi prosesi isə maksimal dərəcədə şəffaf olmalıdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ernst&Young: Gömrük orqanlarının qəbul etdiyi qərar aydın, qərarın qəbul edilməsi prosesi isə maksimal dərəcədə şəffaf olmalıdır

14:58 - 15 / 03 / 2016
Ernst&Young: Gömrük orqanlarının qəbul etdiyi qərar aydın, qərarın qəbul edilməsi prosesi isə maksimal dərəcədə şəffaf olmalıdır

“Hazırda mövcud olan şəraitdə Azərbaycanın gömrük orqanları yeni funksiyaların həyata keçirilməsinə başlamalıdır”.

1news.az xəbər verir ki, bu haqda Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil olunan konfransında iştirak edən Ernst&Young Azerbaijan şirkətinin nümayəndəsi Arzu Hacıyeva bildirib.

Onun sözlərinə görə dünyada hazırda müşahidə olunan durum təkcə Dövlət Gömrük Komitəsinin (DGK) qarşısında deyil, həm də digər ölkələrin gömrük orqanları qarşısında yeni tapşırıqlar qoyur.

“Bu tapşırıqlara ticarətin inkişafının stimullaşdırılması, maksimal dərəcədə münbit investisiya və biznes mühitin yaradılması, əsas mülkiyyət hüquqlarının müəyyən olunması, Bu məsələlərin həll olunması ölkədə sahibkarlığın inkişafına yardım edəcək. Ona görə də hazırda Dövlət Gömrük Komitısinin sahib olduğu funksiyalar yetərsizdir”,- A.Hacıyev bildirib.

Onun sözlərinə görə, son illər ölkədə gömrük prosedurlarının sadələşdirilməsi, bu sahədə şəffaflığın artırılması ilə bağlı ciddi addımlar atılıb. Lakin bu sahənin daha da mükəmməlləşməyə ehtiyacı var.

“Məsələn, malların gömrük rəsmiləşdirilməsi prosedurları. Çox hallarda sahibkarlar qeydiyyat zamanı bürokratik gecikmələr, vaxt itkisi kimi mənfi hallarla qarşılaşırlar. Belə ki, hazırda malların gömrük ekspertizası 20 günə qədər uzana bilər. Bu müddət – malların saxlanılmasının xərcləri, müqavilənin şərtlərinə riayət etməmək və s. biznesmenlər üçün əlavə riskdir. Nəticə etibarilə, biznesmenlər malların gömrük ekspertizası müddətinin qısaldılması yollarını axtarırlar. 

Bütün bunlar ölkədə gömrük orqanlarının iş səviyyəsinin şəffaflığının aşağı enməsinə, eləcə də ölkədə sahibkarlığın inkişafına mane olur”, – “Ernst&Young Azerbaijan” şirkətinin nümayəndəsi bildirib.

A.Hacıyevanın sözlərinə görə, ölkədə malların gömrük qiymətlərinin vahid konsepsiyası olmadığı üçün bu da birbaşa olaraq gömrük rüsumları və vergilərin məbləğinə təsir edir.

Həmçinin onun sözlərinə görə, gömrük orqanlarında mənfi halların aradan qaldırılması üçün DGK rəhbərliynin qərarı ilə inzibati prosedurlar hazırlanmalıdır:

“Gömrük orqanlarının qəbul etdiyi qərar aydın, qərarın qəbul edilməsi prosesi isə maksimal dərəcədə şəffaf olmalıdır. Hər bir gömrük əməkdaşı bu qərarı biznesə əsaslandırmağı bacarmalıdır”.

Şirkət nümayəndəsi qeyd etdi ki, gömrük orqanlarında şəffaflığın artırılması məqsədilə “vətəndaş-məmur” müqaviləsi minimuma endirilməldir. Bunun üçün də müasir elektron xidmətlərin tətbiqini fəallaşdırmaq lazımdır.

1news.az

Paylaş:
1298

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər