Yəməndə aviazərbələr nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Yəməndə aviazərbələr nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

17:52 - 16 / 03 / 2016
Yəməndə aviazərbələr nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin Haca əyalətində yerləşən Mustaba şəhərinə endirdiyi zərbələr nəticəsində 107 nəfər həyatını itirib, onlarla insan isə xəsarət alıb.

1news.az-ın AZƏRTAC-a istinadrən verdiyi xəbərə görə, bu barədə əyalət şurasının nümayəndəsi bildirib.

Məlumata görə, martın 15-də koalisiya təyyarələri Mastaba şəhərinin mərkəzi hissəsində yerləşən bazarın yaxınlığına iki aviasiya zərbəsi endirib. Hadisə bazarda çox sayda insanın toplaşdığı zaman baş verib.

Həkimlərin məlumatına əsasən, hadisənin baş verdiyi Mustaba və ona yaxın Abs şəhərlərində yerləşən xəstəxanalarda xəsarət alanlara ilkin yardım göstərilməsi üçün zəruri dərman və sarğı materiallarının çatışmazlığı vəziyyəti bir qədər də çətinləşdirir.

Xatırladaq ki, şiə üsyançıları 2014-cü il avqustun ortalarından etibarən yanacağın qiymətinin qalxması bəhanəsi ilə etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb etmişdilər. Sonradan etirazlar silahlı toqquşmalara gətirib çıxarmış və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhəri üsyançıların əlinə keçmişdi.

Paytaxt Sənada nəzarətə yiyələnmiş qiyamçıların təzyiqləri nəticəsində istefa verməyə məcbur olan Yəmən Prezidenti Əbd Rabbo Mənsur Hadinin xahişindən sonra martın 26-na keçən gecə Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb.

Yəməndə qanuni hakimiyyətinin bərpasına yönəlmiş “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.

1news.az

Paylaş:
657

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər