Lüksemburqun baş naziri: Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib | 1news.az | Xəbərlər
Dünya

Lüksemburqun baş naziri: Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib

23:46 - 17 / 03 / 2016
Lüksemburqun baş naziri: Türkiyə vizaların ləğvinə dair 72 tələbdən 35-ni icra edib

Türkiyə vizaların ləğvi ilə bağlı 72 tələbdən 35-ni icra edib.

1news.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu Lüksemburqun baş naziri Ksavye Bettel Brüsseldə miqrasiya problemi ilə bağlı keçiriləcək sammit ərəfəsində bildirib.

“Qərar bütün tələblərin icrasından asılı olacaq”, - deyə o əlavə edib. Qeyd edək ki, viza rejiminin ləğvi məsələsi Türkiyə ilə miqrant axınının məhdudlaşdırılmasına dair əldə olunan sazişdə yer almış  şərtlərdən biridir. 

Qeyd edək ki, 17-18 mart tarixlərində Brüsseldə miqrasiya problemi ilə bağlı Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək. 

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər