ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ prezidenti Barak Obama Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Prezident Obama Koreya Xalq Demokratik Respublikası və Koreya Əmək partiyasının ABŞ ərazisindəki əmlakını və maliyyə yatırımlarını dondurub”, - sənəddə qeyd olunub.
Həmçinin ABŞ vətəndaşlarına Şimali Koreyaya yeni investisiyalar yatırmağa, bu ölkəyə mal və texnologiyalar ixrac etmək qadağan edilib.
1news.az
843