Silk Way West Airlines Avropa və Asiyanı birləşdirdi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Silk Way West Airlines Avropa və Asiyanı birləşdirdi - FOTO

16:52 - 18 / 03 / 2016
Silk Way West Airlines Avropa və Asiyanı birləşdirdi - FOTO

Bakı - Silk Way West Airlines aviaşirkəti ilk dəfə olaraq Cənub-Şərqi Asiyaya birbaşa reyslər yerinə yetirməyə başlayıb.

Aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, müvafiq memorandumu Azərbaycanın  yük aviadaşıyıcısı Silk Way West Airlines və Malayziyanın MAB Kargo Sdn Bhd şirkəti imzalayıb.

Müqaviləyə əsasən, şirkətlər dünyanın müxtəlif bölgələrində bir-birinin hava gəmiləri parklarından istifadə edəcəklər. Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə Kuala-Lumpur - Amsterdam marşrutu üzrə həftədə iki dəfə yerlərin ehtiyatda saxlanması haqqında müqavilə hər iki aviadaşıyıcı arasındakı strateji tərəfdaşlığı  nəzərdə tutur.

Həftəlik reyslərin hər cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.

İmzalanma mərasimində çıxış edən MAB Kargo şirkətinin İcraçı Direktoru, cənab Əhməd Lukman Mohd Azmi qeyd edib: "Bizim Asiyada geniş şəbəkəmiz var və Silk Way West şirkəti bizimlə birlikdə öz üfüqlərini genişləndirə bilər. Belə ki, biz Airbus A330-200F yük hava gəmilərimiz ilə həm Asiya, həm də Avstraliya bazarlarına xidmət göstəririk. Silk Way West şirkəti isə Boeing 747-800 yük hava gəmilərindən ibarət olan gənc təyyarə donanması ilə Avropada, Şimali və Cənubi Amerikada ən azı on beş təyinat məntəqəsi təklif edərək bizə qərb istiqamətinə çıxmaq imkanı yaradacaq".

Silk Way West Airlines şirkətinin İcraçı Direktoru  cənab Kamran Qasımov salamlama nitqində bildirib: "Yerlərin ehtiyatda saxlanmasına dair sazişə əsaslanaraq, bu tərəfdaşlıq hər iki aviaşirkətə bir-birilərini öz qlobal şəbəkələri vasitəsilə bir-birinin texniki gücündən yararlanmaq imkan verəcək. Biz Cənub-Şərq regionunda öz şəbəkəmizi genişləndirməyə və dəyişən bazar tələbatını ödəməyə davam edəcəyik. Azərbaycan düzgün inkişaf yolundadır və dünya miqyaslı mükəmməl tranzit mərkəzinin fəaliyyəti üçün zəruri olan bütün komponentlər kompleksinə malikdir. Azərbaycanın inkişaf etmiş hava nəqliyyatı şəbəkəsi, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi istənilən istiqamətə istənilən yükün səmərəli daşınması üçün istifadə oluna bilər".

Silk Way West Airlines aviaşirkətinin 7L434 reys nömrəli ilk bortu Amsterdamdan təxminən 100 ton yüklə martın 17-də yerli vaxtla saat 16:30-da Kuala Lumpura enmişdir. MAB Kargo əks istiqamətdə reys üçün Kuala Lumpur Beynəlxalq Hava Limanından Amsterdamın Schiphol Hava Limanına 80 tondan çox yükün daşınması sifarişi alıb.

Bununla da, Malayziyanın paytaxtı yeni cədvəl üzrə dünyanın 19 ölkəsinə reyslər yerinə yetirən Silk Way West Airlines yük aviadaşıyıcısının Asiyaya 7-ci istiqaməti oldu. Qədim İpək Yolu marşrutunu təkrarlayaraq bu gün müasir avialaynerlər vasitəsilə Şərqi - Şanxay, Honq Konq, Almatı, Bişkek, həmçinin Seulu Avropa - İstanbul, Frankfurt, Milan, London, Kiyev və dünyanın digər əsas hava limanları ilə birləşdirən uçuşlar yerinə yetirilir.

1news.az

Paylaş:
1026

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər