Əhməd Davudoğlu İstanbuldakı terrorla bağlı qapalı toplantı keçirib
İstanbulun İstiqlal prospektində törədilən terrorla bağlı Türkiyə baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə keçirilən iclas başa çatıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qapalı keçirilən iclasda baş nazirə hadisə ilə bağlı bəzi məlumatlar verilib.
İclasa baş nazirin müavinləri Yalçın Akdoğan və Toğrul Türkeş, səhiyyə naziri Mehmet Müəzzinoğlu, daxili işlər nazirinin müavini Səbahəttin Öztürk, İstanbul valisi Vasip Şahin və başqa şəxslər iştirak ediblər.
678