Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunur

11:19 - 21 / 03 / 2016
Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunur

Dünya birjalarında neftin qiyməti enməkdə davam edir.

1news.az-ın  RİA Novosti-yə istinadla verdiyi məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,58% azalaraq 40,9 dollar olub.

Bununla bərabər, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,24% azalaraq 38,95 dollar təşkil edib.

1news.az

Paylaş:
946

Son xəbərlər

Bütün xəbərlər