İŞİD Brüsseldəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü
İŞİD terror qruplaşması bu gün səhər saatlarında Belçikanın paytaxtında baş verən silsilə partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü.
1news.az RİA Novosti- yə istinadən xəbər verir ki, bunu İtaliyanın askanews agentliyi İŞİD-lə bağlı agentliyə istinadən xəbər verib.
Qeyd edək ki, bu gün yeri saatla 08.00-da Brüssel hava limanında 2 güclü partlayış baş verib.
Ölkə rəhbətliyi hesab edir ki, partlayış terrorçu kamikadze tərəfindən törədilə bilərdi.
Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. VRT telekanalının məlumatına görə, yaralıların sayı 35 nəfərdir.
Üçüncü partlayış metronun Malbek stansiyasında baş verib. Brüssel Metropoliteninin rəsmisi Qay Sablon bəyan edib ki, metro stansiyalarındakı partlayışlar nəticəsində 15 nəfər ölüb, 55 nəfər yaralanıb.
Ümumi olaraq aeriport və metropolitendəki partlayışlar zamanı 28 nəfər ölən, 90 nəfər yaralanan var.