Brüssel hava limanında fəaliyyətin yaxın günlərdə bərpa olunacağı gözlənilir
Terror aktlarından sonra bağlanan Brüssel beynəlxalq hava limanının fəaliyyəti martın 30-dan tez bərpa edilməyəcək.
1news.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hava limanının mətbuat xidmətinın açıqlamasında deyilir.
“Martın 29-da binanın və müvəqqəti infrastrukturun yoxlanılması həyata keçiriləcək. Aeroportun 800-ə yaxın əməkdaşı yenidən qeydiyyata götürüləcək. Hava limanının fəaliyyəti martın 30-dan tez bərpa edilməyəcək”, sənəddə vurğulanır.
Xatırladaq ki, martın 22-də Brüsseldə baş verən terror aktları nəticəsində 28 nəfər ölüb, 340 nəfər isə yaralanıb.
1news.az
682