Meksikada 4.8 bal gücündə zəlzələ baş verib | 1news.az | Xəbərlər
Dünya

Meksikada 4.8 bal gücündə zəlzələ baş verib

1news Redaksiyası10:04 - 28 / 03 / 2016
Meksikada 4.8 bal gücündə zəlzələ baş verib

Meksikada Kaliforniya körfəzi yaxınlığında 4.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ Aşağı Kaliforniya yarımadasının şərqində qeydə alınıb. Bu haqda Reuters məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Seysmoloji hadisə San–Felipe şəhərindən 127 km cənub şərq istiqamətində baş verib.

Hadisədən sonra sunami təhlükəsi elan olunmayıb, ölənlər və dağıntılar haqqında məlumat yoxdur.

1news.az

Paylaş:
1013

Son xəbərlər

Bütün xəbərlər