Obama ABŞ nüvə təhlükəsizliyi üzrə sammitdə terrorizm problemini gündəmə gətirəcək
Nüvə təhlükəszliyi üzrə qarşıdakı sammitdə ABŞ "İslam dövləti" terror təşkilatına qarşı mübarizə məsələsini də gündəmə gətirmək niyyətindədir.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obamanın ölkəyə həftəlik müraciətində deyilir:
"Gələn həftə onlarla dünya lideri nüvə təhlükəsizliyi üzrə sammitdə iştirak etmək üçün Vaşinqtona gələcək. Biz bu fürsətdən istifadə edərək həmçinin İŞİD-a qarşı birgə səyləri müzakirə edəcəyik".
Xatırladaq ki, martın 31-də Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə sammit keçiriləcək.
1news.az
608