Palmiranın bərpası üçün fond yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Palmiranın bərpası üçün fond yaradılıb

17:34 - 29 / 03 / 2016
Palmiranın bərpası üçün fond yaradılıb

YUNESKO yaraqlıların nəzarətindən azad edilmiş tarixi Palmira şəhərinin bərpası üçün fond yaradıb.

1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın YUNESKO-dakı daimi nümayəndəsi Eleonora Mitrofanova məlumat verib.

"YUNESKO-da Suriya üzrə fövqəladə fond yaradılıb və ora üzv ölkələrin könüllü ödəmələri daxildir. Palmiranın bərpası fondu isə çox güman büdcədənkənar vəsaitlər hesabına olacaq. Hazırda bu fondda 2,7 milyon avro vəsait var. Onun 2,5 milyonu Avropa İttifaqının, 170 mini isə Flandriyanın payına düşür", - deyə xanım E.Mitrofanova bildirib.

Onun sözlərinə görə, Suriya ərazisində dörd ildir davam edən döyüş əməliyyatları nəticəsində ölkədə mövcud olan 10 min arxeoloji abidənin 300-ü məhv edilib.

Qeyd edək ki, İŞİD yaraqlılarının nəzarətindən azad edilmiş Suriyanın qədim Palmira şəhərinin bərpası məsələsinə martın 31-də BMT-nin Parisdəki mənzil-qərargahında keçiriləcək Ümumdünya İrsi Dostlar Qrupunun iclasında baxılacaq.

1news.az

Paylaş:
608

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər