Obama Vaşinqtonda Ərdoğanla görüşüb | 1news.az | Xəbərlər
Dünya

Obama Vaşinqtonda Ərdoğanla görüşüb

09:26 - 01 / 04 / 2016
Obama Vaşinqtonda Ərdoğanla görüşüb

ABŞ prezidenti Barak Obama Vaşinqtonda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

1news.az-ın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Məlumata görə, görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.

Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

İki ölkə lideri həmçinin İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər.

Qeyd edək ki, sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumatın yayılması intriqaya səbəb olub. Müşahidəçilər bunun ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndiriblər. Lakin, ABŞ administrasiyası sonradan prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama verib.

1news.az

Paylaş:
818

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər