Dmitri Medvedev İrəvana gedib | 1news.az | Xəbərlər
Dünya

Dmitri Medvedev İrəvana gedib

17:54 - 07 / 04 / 2016
Dmitri Medvedev İrəvana gedib

Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana gedib.

Aprelin 7-də Rusiya və Ermənistan baş nazirlərinin danışığı baş tutacaq, daha sonra isə geniştərkibdə nümayəndələrin görüşü və bir sıra sahələrlə bağlı ikitərəfli əməkdaşlıq üzrə imzalanma mərasimi də keçiriləcək. Həmçinin Abramyan və Medvedev KİV nümayəndələri üçün bəyanatla çıxış edəcəklər.

Eyni zamanda D.Medvedevin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü nəzərdə tutulub.

Rusiyanın baş naziri Ermənistan prezidenti ilə Dağlıq Qarabağdakı vəziyyət də daxil olmaqla bir sıra məsələləri müzakirə edəcəklər.

Aprelin 8-də isə D.Medvedev Azərbaycana səfər edəcək.

1news.az

Paylaş:
2354

Son xəbərlər

Bütün xəbərlər