Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti

21:35 - 10 / 04 / 2016
 Ermənistanın baş nazirindən Rusiyaya silah müraciəti

Ermənistanın baş naziri Rusiyanı Azərbaycana silah satmamağa çağırıb.

Erməni baş nazir Ovik Abramyan bildirib ki, Rusiyanın Azərbaycana silah satması Ermənistanda müsbət qarşılanmır.

"Rusiya bizim strateji müttəfiqimizdir. Ancaq xalqımız  böyük ürək ağrısı ilə qəbul edir ki o, Azərbaycana silah satır. Mən Rusiyanı Azərbaycana silah satmamağa çağırıram".

Erməni baş nazir onu da qeyd edib ki, onların narahatçılığına baxmayaraq bu məsələ Rusiyanın daxili işidir:

“Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu Rusiya tərəfinin daxili  işidir”, -deyə Abramyan Gümrüdə çıxış edərək deyib.

İki gün əvvəl də Ermənistanın Müdafiə Nazirliyi Rusiyanın Azərbaycana silah satışını davam etdirməsinəmünasibət bildirib. Nazirliyin mətbuat katibi Artsrun Ovanisyan bildirib ki, bütün bu baş verənlərdən sonra silah satışının davam etdirilməsini qəbuledilməz adlandırıb.

“Cəbhə xəttində baş verən gərinlikdən sonra silah satışının davam etdirilməsi əxlaqsızlıqdır", -  deyə Ovanisyan bildirib.

Aprelin 8-də Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, Rusiya mövcud müqavilələrə uyğun olaraq Azərbaycana silah satışını davam etdirəcək.  

“Hər şey müqavilələrə uyğun olacaq. Hər iki ölkə - Azərbaycan və Ermənistan strateji tərəfdaşımızdır”, - deyə o vurğulayıb.

Bunun bilavasitə aprelin 7-də Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından dolayı narazılığına cavab olduğunu söyləmək olar.

2015-ci ilin əvvəllərindən məlum oldu ki, Rusiya Azərbaycana T-90C tanklarının tədarükünü başa çatdırıb. Daha əvvəllər isə Rusiyanın“Rosoboroneksport” şirkəti bəyan edib ki, 2010-cu ildə bağlanmış sazişə əsasən, 2017-ci ilə qədər iri silah və texnika partiyalarının çatdırılması təmin ediləcək.

Bir müddət əvvəl Rusiya Ermənistana silah alması üçün 200 milyon kredit ayırıb. Kredit üç illik güzəşt dövrü və illik 3 faiz dərəcəsi ilə növbəti 13 il müddətinə ödənilməlidir. Vəsait 2015-2017-ci illər dövründə güzəştlə Rusiya silahlarının alınmasına sərf olunacaq.  Azərbaycan tərəfi isə kreditin ayrılmasına görə Rusiyaya etirazı notası bildirmişdi. 

Həmin vaxt Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan Rusiyanın tərəfdaşıdır. “Müqavilə şərtlərinə uyğun olaraq silah satışı davam etdiriləcək”, - deyə Zaxarova bildirmişdi.

Paylaş:
725

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər