2015-ci ildə Almaniyada 5,8 min qaçqın uşaq itkin düşüb | 1news.az | Xəbərlər
Dünya

2015-ci ildə Almaniyada 5,8 min qaçqın uşaq itkin düşüb

09:40 - 11 / 04 / 2016
2015-ci ildə Almaniyada 5,8 min qaçqın uşaq itkin düşüb

Ötən il Almaniyada həddi-buluğa çatmamış 5,8 mindən çox qaçqın uşaq itkin kimi qeydiyyata alınıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bu fakt Almaniya Daxili İşlər Nazirliyinin "Funke" media qrupunun sorğusuna cavabında açıqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, itkin hesab edilən 8006 nəfər həddi büluğa çatmamış qaçqının yalnız 2171 nəfəri sonradan tapılıb.

"Həddi-büluğa çatmayanların əksəriyyəti Əfqanıstandan, Suriyadan, Mərakeşdən, Əlcəzairdən olan uşaqlardır" - deyə Almaniya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, 6000 minə yaxın itkin düşmüş qaçqının 555 nəfəri yaşı 14-dən az olan uşaqlardır.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər