Türk Şurasının turizm nazirlərinin sammitində "Müasir İpək Yolu" layihəsi müzakirə olunacaq | 1news.az | Xəbərlər
Dünya

Türk Şurasının turizm nazirlərinin sammitində "Müasir İpək Yolu" layihəsi müzakirə olunacaq

12:45 - 11 / 04 / 2016
Türk Şurasının turizm nazirlərinin sammitində "Müasir İpək Yolu" layihəsi müzakirə olunacaq

İyunun əvvəlində Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) turizm nazirlərinin 3-cü sammiti keçiriləcək.

1news.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat verib.

Məlumata görə, turizm nazirləri tur operatorlar və biznes nümayəndələri ilə birlikdə "Müasir İpək Yolu" layihəsini müzakirə edəcək. İştirakçılar, həmçinin Böyük İpək Yolu boyunca uzanan turizm marşrutlarını da nəzərdən keçirəcək.

Zirvə görüşündə, həmçinin ikinci Ümumdünya köçəri oyunlarının keçirilməsi və orada Türk Şurasının üzvü olan dövlətlərin iştirakı məsələləri müzakirə ediləcək.

Planlaşdırılan sammit çərçivəsində BMT-nin Ümumdünya Turist Təşkilatının başçısı Rifai Taleb, Türk Şurasının baş katibi Ramil Həsənov, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyə turizm nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

1news.az

 

Paylaş:
769

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər