Suriyada Rusiyaya məxsus vertolyot qəzaya uğrayıb
Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-28N vertolyotu Suriyada qəzaya uğrayıb, iki pilot həlak olub.
1news.az-ın RİA-Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Fövqəladə hadisə çərşənbə axşamı Suriyanın Homs şəhəri ərazisində baş verib.
“İki ekipaj üzvü həlak olub. Axtarış-xilasetmə işləri nəticəsində həlak olan pilotların cəsədləri təxliyə olunaraq, Xmeymim aviabazasına gətirilib. Qəza yerindən məruzəyə əsasən, helikopterə atəş açılmayıb”, - deyə, sənəddə qeyd olunur.
1news.az
827