Brüssel hava limanı tətil səbəbindən fəaliyyətini qismən dayandırıb
Dispetçerlərin tətili ilə əlaqədar Brüssel hava limanının fəaliyyəti qismən dayandırılıb.
1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə aeroportun mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunur ki, hava limanında tətil səbəbindən dünən günün birinci yarısında 40-a yaxın reys ləğv edilib. Hazirda aeroport administrasiyası hava limanının fəaliyyətinin tez bir zamanda tam bərpa edilməsi məsələsini həll etməyə çalışır.
Brüssel hava limanında aviasiya dispetçerlərinin tətili aprelin 12-də başlayıb. Tətilə dispetçerlərin iş şəraiti və təqaüd sistemi ilə bağlı aeroport administrasiyası və həmkarlar ittifaqı arasında uzun sürən münaqişə səbəb olub.
1news.az
513