İhlas Haber Ajansı Moskvadakı azərbaycanlı əməkdaşını işdən çıxarıb | 1news.az | Xəbərlər
Dünya

İhlas Haber Ajansı Moskvadakı azərbaycanlı əməkdaşını işdən çıxarıb

15:44 - 13 / 04 / 2016
İhlas Haber Ajansı Moskvadakı azərbaycanlı əməkdaşını işdən çıxarıb

Türkiyənin İhlas Haber Ajansı nəşri Moskvada işləyən əməkdaşı Fuad Malik oğlu Abbasovu işdən azad edib.

1news.az xəbər verir ki, bu haqda F.Abbasov öz Facebook səhifəsində yazıb.

“1997-ci ildən bu yana işlədiyim Türkiyənin “İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadaki işimə son verməyi qerara aldı. Mənə göndərilen resmi məktubda “İşlerin orada istediğimiz gibi gitmemesi nedeniyle” səbəb göstərilməsine baxmayaraq, hansı işlərden nə istədiklərini başa düşmədim. Son 6 ay boyunca Rusiyanın müxtəlif qəzet, internet metbuatı, radio ve televiziyalarında 50-dən çox çıxışım olub ve heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub. Buradaki Türk məsləkdaşlarımdan ən çox eşitdiyim tənbeh ise “Boş ver Rusiya-Türkiyə  münasubətlərini, işinden çıxarılarsan, heç kim sənə sahib çıxmaz” sözləri idi. Xəbər agentliyimizin içinde çox güvəndiyim insanlardan Rusiyadaki işimə son verilməsi qərarının, Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. Tebiidir ki, buna çox sevinənlən var. Çunki son 6 ay boyunca Türkiyəni Rusiya mediyasında müdafiə edən, Rusiyada açılan PYD temsilçiliyine qarşı çıxan, PKK-nın Moskvadaki fəaliyyətlərini tənqid edən, rus siyasətçilerin Türkiyeye qarşı düşüncələrinin yalnış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi.

Sevinənlər arasında mən də varam , çünki son günlərdə gözünə yuxu getməyən anam, gəcələr rahat yata biləcək...

Allah şəhidlərimizə rəhmət etsin, Vətən uğrunda tökdükləri qan yerdə qalmaz inşallah”,- deyə F.Abbasov yazıb.

1news.az

Paylaş:
1123

Son xəbərlər

Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər