Putin: Qərb çətin ki yaxınlarda məhdudiyyətləri aradan qaldırsın – YENİLƏNMƏ – LİVE | 1news.az | Xəbərlər
Dünya

Putin: Qərb çətin ki yaxınlarda məhdudiyyətləri aradan qaldırsın – YENİLƏNMƏ – LİVE

16:40 - 14 / 04 / 2016
Putin: Qərb çətin ki yaxınlarda məhdudiyyətləri aradan qaldırsın – YENİLƏNMƏ – LİVE

“Birbaşa xətt” zamanı RF prezidenti Vladimir Putin bildirib ki, qərbin Rusiya ilə bağlı sanksiyaları bu yaxında çətin ki qaldırılsın.

Prezidentin sözlərinə görə, Minsk razılaşmasının yerinə yetirilməsinə baxmayaraq Ukraynanın cənub şərqində vəziyyət olduqca ağırdır və bu Rusiyanın günahı deyil. Bu Kiyev rəhbərliyinin günahıdır . Onlar anlamır ki, özlərini cıxmaza salıb.

“Ona görə də nə isə fikirləşib bu məhdudiyyətləri saxladıqları müddətdə biz də onların məhsullarını öz bazarımıza buraxmayacağıq”,- V. Putin bildirib.

Vesti

15:49

“Birbaşa xətt” zamanı RF prezidenti Vladimir Putin rusiyalıların Misirə və Türkiyəyə səfər etməsinin hələ ki, təhlükəli olduğunu bildirib.

Belə ki, onun fikrincə, Misirdə hələ də aviauçuşların təhlükəsizliyi məsələsi təmin olunmayıb. Bu sahədə iş aparılsa da, mütəxəssislər bu sahədə aktiv iş aparır.

Rusiya prezidenti V.Putin “ Misir hökuməti ilə razılığa əsasənsərnişinlərin, baqaj, yemək və xidmət yoxlanılması elə təşkil olunmalıdır ki, vətəndaşlarımızın təhlükəsiz gəlməyi və getməyi təmin olunsun. Hələ ki, misirli həmkarlarla belə razılığa gəlmək mümkün olmayıb”.

Türkiyəyə gəlincə, burada da oxşar mənzərəni görürük. Düzdü bu günki Türkiyə hökuməti radikallarla o qədər  mübarizə aparmır, əksinə əməkdaşlıq edir”,- Putin deyib.

ntv.ru

14:49

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı bildirib ki, Panama arxivi”ndən olan məlumatlar həqiqidir.

Bununla belə, Putin qeyd edib ki, araşdırmanın müəllifləri heç kəsi birbaşa olaraq ittiham etmirlər. 

Putinin fikrincə, bu araşdırmaları jurnalistlər deyil, müstəntiqlər aparıb.

“Bu xadimlər “səmaya barmaqla düşüblər”, - Rusiya prezidenti deyib.

meduza

14:38

Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı bildirib ki, o, hazırda şəxsi həyatından razıdır.

Gazeta.ru-nun verdiyi məlumata görə, canlı yayım zamanlı KİV nümayəndələri ondan keçmiş həyat yoldaşı Lyudmilanın ailə həyatı qurmasını soruşublar. Həmçinin prezidentdən birinci xanımı nə vaxt təqdim edəcəyilə bağlı sual veriblər.

“Mən Lyudmila Aleksandrovna ilə ara-sıra görüşürəm. Münasibətlərimiz əvvəlki zamanlara baxanda indi daha mehribandır”, - Putin cavab verib.

Onun sözlərinə görə, keçmiş həyat yoldaşının şəxsi həyatında hər şey qaydasındadır: o, öz həyatından razıdır. “Mən də həyatımdan razıyam və hər şey qaydasındadır”.

“Ola bilər nə vaxtsa sizin marağınızı məmnun edəcəyəm”, - Putin sözlərinə əlavə edib.

13:56

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya düşmən həlqəsində deyil və olmayacaq. 

“Biz düşmən həlqəsi deyilik və olmayacağıq da. Bu, tamamilə istisnadır”, - bu haqda Putun canlı yayım zamanı bildirib.

Putinin sözlərinə görə, Rusiya istənilən siyasətçiyə kömək göstərməyə hazırdır, əgər həmin şəxs boğulmaq istəyirsə, o zaman onu xilas etmək mümkün olmayacaq. Rusiya digər ölkələrdə çətin vəziyyətlə bağlı kömək etməyə də hazırdır.

Prezident qeyd edib ki, biz Türkiyəni dost ölkə, türkləri isə dost xalq hesab edirik. Lakin bizim bəzi liderlərlə problemlərimiz var. Onların hərəkətləri heç də həmişə adekvat olmur.

Putin Rusiyanın sabiq maliyyə nazirinin vəzifəsi haqda

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin İqtisadiyyat üzrə Prezident Şurasının başçısı ola bilər, həmçinin o, Rusiyanın yaxın illərdə inkişaf strategiyasında da iştirak edə bilər.

“Qərara gəlmişik ki, o, İqtisadiyyat üzrə Prezident Şurasının ekperti olaraq daha fəal çalışa bilər, həmçinin Ekspertlər Şurasının başçısı da ola bilər”, - dövlət başcısı bildirib.

Bundan əlavə, Putinin sözlərinə görə, Strateji Araşdırmalar Mərkəzində Kudrin 2018-ci və ondan sonrakı illər üçün strateji məsələlərlə bağlı inkişaf strategiyasında da iştirak edə bilər. 

“Alekseylə tez-tez görüşmürük, lakin görüşlərimiz müntəzəm olaraq baş tutur”, - Putin qeyd edib.

Rusiya dövlət başçısı bəyan edib ki, Kudrinin baxışlarını yüksək qiymətləndirir. “Keçmiş maliyyə naziri sözsüz ki, çox möhkəm və faydalı ekspertlərdən biridir”. 

Putin bildirib ki, Kudrin istefasından sonra inzibati orqanlarda iştirak etməkdən imtina edirdi.

“Görürəm ki, onun mövqeyi dəyişib. Vəziyyət bəsit deyil. O, ölkənin qarşılaşdığı bir sıra məsələlərə öz töhfəsini verməyə hazırdır”. 

Çərşənbə günü Kurdin bəyan edib ki, Strateji Araşdırmalar Mərkəzində rəhbər vəzifələrdən birini tutmaq təklif olunub və hazırda bu təklifi dəyərləndirir.

1news.az

13:09

“Rusiya prezidenti ilə birbaşa xətt” bu gün günorta saatlarında yayıma başlayıb.

1news.az  RİA Novostiyə istinadən xəbər verir ki, auditoriya və zəng edənlərlə ünsiyyətdən öncə Vladimir Putin “call center”in işi tanış olub.

Daha sonra Putin Omskdan yollarla bağlı ilk suala cavab verib. O yol fondunun xərclərinin məqsədyönlü istifadə edilmədiyini, bunu dəyişmək lazım olduğunu bildirib.

1news.az

Paylaş:
890

Son xəbərlər

Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52
Bütün xəbərlər