Çilidə 5,6 bal gücündə zəlzələ olub
Bu gün Çilinin cənub hissəsində 5,6 bal gücündə zəlzələ baş verib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmət İdarəsi məlumat verib.
Yeraltı təkanların episentri İlyapel şəhərinin 9 km cənubunda yerləşib. Zəlzələ ocağı 39,4 km dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.
1news.az
561