Mövlud Çavuşoğlu: "Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək" | 1news.az | Xəbərlər
Dünya

Mövlud Çavuşoğlu: "Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək"

12:59 - 21 / 04 / 2016
Mövlud Çavuşoğlu: "Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək"

Türkiyə Monteneqronun NATO üzvlüyünə qəbul edilməsini dəstəkləyir.

1news.az xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, NATO üzvlüyünə digər namizəd ölkələrin - Bosniya və Herseqovina, Makedoniya və Gürcüstanın tələblərə cavab vermək üçün daha çox səy göstərməli olduğunu qeyd edib.

M.Çavuşoğlu, həmçinin Əfqanıstanda sülhü təmin etmək üçün Türkiyənin səylərini önə çəkib. O əlavə edib ki, Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək.

Öz növbəsində, NATO baş katibi Yens Stoltenberq Türkiyənin Şimali Afrika, Yaxın Şərq və Rusiyadan qaynaqlanan təhdidlərin qarşısında olduğunu bildirib. O, Türkiyənin NATO təşəbbüslərinə dəstəklə bağlı səylərini alqışlayıb.

Miqrasiya böhranı barədə danışan baş katib Türkiyənin miqrantlar məsələsiylə bağlı Aİ ilə sazişin şərtlərini həyata keçirilməsini müsbət qarşıladığını vurğulayıb.

1news.az

Paylaş:
706

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər