Ukraynada Çernobıl faciəsinin 30-cu ildönümünü qeyd edirlər – FOTO | 1news.az | Xəbərlər
Dünya

Ukraynada Çernobıl faciəsinin 30-cu ildönümünü qeyd edirlər – FOTO

23:08 - 26 / 04 / 2016
Ukraynada Çernobıl faciəsinin 30-cu ildönümünü qeyd edirlər – FOTO

Aprelin 26-da nüvə energetikası tarixində ən böyük texnolojı qəzanın - Çernobıl faciəsinin 30-cu ildönümü tamam olur.

1news.az-ın məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenko, baş nazir Vladimir Qroysman və Ali Radanın sədri Andrey Parubi Kiyevdə “Çernobıl qəhrəmanları” memorial kurqanı qarşısına güllər qoyublar.

Ukrayna dövlətinin birinci şəxsləri “Çernobıl döyüşçüləri” xatirə nişanı qarşısına da tər çiçəklər düzüblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qeyd edək ki, Çernobıl faciəsi 26 aprel 1986-cı ildə baş verib. Həmin  il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AESnda güclü nüvə partlayışı oldu.

Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.

Faciəni əks etdirən fotoları təqdim edirik:

1news.az

 

Paylaş:
860

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər