Norveç ölkəni könüllü tərk edən qaçqınlara 3,6 min dollar ödəyəcək | 1news.az | Xəbərlər
Dünya

Norveç ölkəni könüllü tərk edən qaçqınlara 3,6 min dollar ödəyəcək

09:59 - 27 / 04 / 2016
Norveç ölkəni könüllü tərk edən qaçqınlara 3,6 min dollar ödəyəcək

Norveç hökuməti yaxın ay yarım ərzində krallığı könüllü tərk edən ilk 500 qaçqına ödəmələri artıraraq 30 min krona ( 3,6 min dollardan çox) çatdırmaq niyyətini açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə immiqrasiya işləri naziri Syulvi Listhauq Norveç KİV-inə müsahibəsində məlumat verib.

Nazir bildirib ki, indiyə qədər qaçqınlara 20 min kron təklif olunurdu, amma immiqrasiya işləri idarəsi ölkədən könüllü çıxmağa razı olan ilk 500 qaçqına əlavə 10 min kron ödəmək niyyətindədir. Syulvi Listhauq hesab edir ki, bu tədbir qaçqınların öz vətəninə könüllü qayıtmaq barədə qərar qəbul etməsinə təsir göstərəcək, çünki bu təklif ancaq altı həftə ərzində qüvvədə olacaq və yalnız bu il aprelin 1-dək Norveçdən sığınacaq istəyən 500 nəfər üçün nəzərdə tutulub.

Hakimiyyət orqanlarının addımları ölkəyə kütləvi axışan qaçqınlar üçün ümumi xərclərin azalmasına tuşlanıb, buna görə qaçqınlara edilən təklif yetərincə çevik sistemi nəzərdə tutur. Məsələn, evə qayıtmağa razılıq verən ikiuşaqlı ailələr və başqa kateqoriyalardan olan bəzi digər sığınacaq istəyənlər təyyarə bileti ilə bərabər, təqribən 80 min kron ( 9 min dollardan çox) vəsait ala biləcəklər.

Qeyd edək ki, statistik məlumatlara görə, 5,2 milyon əhalisi olan Norveçdən 2015-ci ildə 31 min qaçqın sığınacaq istəyib. Hökumət ərizələrin sayının artacağını gözlədiyi üçün vəziyyəti nəzarətə götürmək istiqamətində bəzi addımlar atıb. Belə ki, Norveçdə, eləcə də qonşu Danimarka və İsveçdə sərhəd nəzarəti tədbirləri görülüb və həmin tədbirlərin müddəti hər ay uzadılır. Hakimiyyət orqanlarının fəaliyyəti nəticəsində ölkəyə gələn qaçqınların sayını xeyli azaltmaq mümkün olub, lakin yay aylarında sığınacaq istəyənlərin ərizələrinin artacağı gözlənilir.

1news.az

Paylaş:
613

Son xəbərlər

Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29Bu gün Beynəlxalq Müəllimlər GünüdürBu gün, 10:17Zərdabda narkokuryer saxlanılıbBu gün, 10:08Azərbaycan boksçuları Qazaxıstanda iki qızıl medal qazanıblar04 / 10 / 2024, 17:52Cəbrayılda ilk “Şəhər günü” keçirilib - FOTO04 / 10 / 2024, 17:43Avtomobildən bayıra tullantı atılmasına görə 200 manatdan 4000 manatadək cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:39Baş nazir Əli Əsədov Minskdə Azərbaycan Ticarət Evində olub04 / 10 / 2024, 17:27Məişət tullantılarının kənar yerlərə atılmasına görə yüksək məbləğdə cərimə tətbiq olunacaq04 / 10 / 2024, 17:10
Bütün xəbərlər