Ermənistan silahlı qüvvələri itkilər verməkdə davam edir
Ermənilərin İşğal etdikləri Azərbaycan torpaqlarında daha bir hərbçisi ölüb.
Mayın 1-də erməni silahlısı Aşot Zoqrabyan işğal etdikləri Azərbaycan ərazilərində ölüb. Bu haqda erməni KİV-i məlumat verib.
Qeyd edək ki, aprelin 2-dən etibarən Azərbaycanın dinc əhalisinin yaşadığı sərhədyanı ərazilər erməni silahlı qüvvələrinin intensiv artilleriya atəşinə tutulur.
Cavab atəşi nəticəsində Azərbaycan ordusu bir neçə ərazidə ermənilərin birinci müdafiə xəttini qıraraq bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini geri qaytarıb.
Son günlər Ermənistan SQ yenidən Azərbaycan mülki əhali yaşayan sərhədyanı ərazilərini intensiv atəşə tutub.
Azərbaycan və Ermənistan arasındqa atəşin dayandırılması haqqında 26-27 aprel tarixində razılaşma əldə olunmasına baxmayaraq Ermənistan SQ iri kalibrli silah, “Qrad” qurğusu, bundan əlavə toplar və tanklardan Azərbaycan SQ-nin mövqelərini, həmçinin təmas xətti yaxılığındakı yaşayış məntəqələrini atışı tutub.
Mövzu ilə əlaqədar oxuyun:
1news.az