Ermənistan XİN: “DQR”-ə dair məsələnin hökumətin gündəliyinə salınması heç də onun tanınması demək deyil “ | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan XİN: “DQR”-ə dair məsələnin hökumətin gündəliyinə salınması heç də onun tanınması demək deyil “

01:10 - 04 / 05 / 2016
Ermənistan XİN: “DQR”-ə dair məsələnin hökumətin gündəliyinə salınması heç də onun tanınması demək deyil   “

Dağlıq Qarabağ Respublikasına” dair məsələnin Ermənistan hökumətinin gündəliyinə daxil edilməsi heç də onun “müstəqilliyinin” tanınması demək deyil.

1news.az -ın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda  Ermənistan XİN rəhbərinin müavini Şavarş Köçəryan bildirib.

“Ermənistan hökumətinin gündəliyinə “DQR”-in tanınması haqqında qanun layihəsinin qəbul edilməsi məsələsi deyil, iki deputatın qanunverici təşəbbüsünə hökumət tərəfindən rəy verilməsi məsələsi daxil edilib”, - deyə nazir müavini qeyd edib. 

“Tanınma vəziyyətin gələcək inkişafı ilə bağlı olacaq”, - deyə Köçəryan qeyd edib. Onun sözlərinə görə,  Azərbaycan münaqişə zonasında hərbi əməliyyatlara başlayacağı təqdirdə  “DQR”-in tanınması məsələsi gündəmə daxil ediləcək. 

Qeyd edək ki, Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan “DQR”-i  tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.

Xatırladaq ki, Ermənistan müxalifəti növbəti dəfə hökumətə mayın 5-də keçiriləcək iclasda  “DQR”-in  tanınmasına dair qanun layihəsinə baxmağı təklif edib. Bu təşəbbüs müxalif “İrs” partiyasından olan deputat Zarui Postandjyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqres”dən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb. 

1news.az  

Paylaş:
829

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər