Yaponiyanın baş naziri Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyanın baş naziri Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırıb

11:32 - 05 / 05 / 2016
Yaponiyanın baş naziri Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırıb

Yaponiyanın baş naziri və Avropa İttifaqının liderləri ikitərəfli əməkdaşlıq barədə müqavilənin imzalanması üçün danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər.

1news.az  AZƏRTAC–a istinadən xəbər verir ki, mayın sonlarında Yaponiyada keçiriləcək G7 sammitinə hazırlıqla əlaqədar Baş nazir Şinzo Abe Avropada səfərdədir.

Mayın 4-də Brüsseldə Ş.Abe Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşüb.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında Yaponiyanın Baş naziri tərəflər arasında danışıqlar prosesini sürətləndirməyə çağırıb. Ş.Abe bildirib ki, cari ilin sonunadək iqtisadi əməkdaşlıq barədə müqavilənin imzalanması üçün genişmiqyaslı konsensusun əldə edilməsinə və strateji tərəfdaşlıq barədə müqavilənin imzalanmasına nail olmaq lazımdır.

Donald Tusk öz növbəsində danışıqlar üçün məsul şəxslərə bu barədə siyasi göstərişin veriləcəyini bildirib.

Jan-Klod Yunker isə bəyan edib ki, tərəflər investisiyaların artırılması məqsədilə qüvvələrini birləşdirməlidirlər. Məhz bu nöqteyi-nəzərdən Yaponiya ilə azad ticarət barədə razılaşma xüsusi əhəmiyyətə malikdir.

1news.az  

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər