Türkiyədə Zaman qəzeti və Cihan agentliyi bağlanır
Türkiyənin məşhur qəzetlərindən biri olan Zaman və Cihan informasiya agentliyi öz fəaliyyətini dayandırır.
1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, bu qərar yuxarıda adları qeyd edilən KİV daxil olmaqla şirkəti müvvəqqəti idarə edən şura tərəfindən verilib.
Zaman və Cihan-dan əlavə, “Feza Yayın” şirkətinə daxil olan digər KİV də fəaliyyətini dayandıracaq.
Qeyd olunur ki, bütün bu media resursları fəaliyyətini mayın 15-dən etibarən dayandıracaq.
1news.az
880