Moskvada hərbi parad keçirilib
Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydanda Böyük Vətən Müharibəsinin 71-ci ildönümü münasibətilə hərbi parad keçirilib.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, paradda Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiyanın dövlət və hökumət rəsmiləri, veteranlar, əcnəbi qonaqlar, ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.
Hərbi paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu Quru Qoşunlar komandanı Oleq Salyukovdan qəbul edib.
Paradda 10 mindən çox hərbçi, 135-ə yaxın döyüş texnikası, 71 hərbi təyyarə və helikopter iştirak edib.
Parad başa çatandan sonra prezidentlər V.Putin və N.Nazarbayev İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüblər.
1news.az